AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəhid diplomatımızın cənazəsi, yaralılar və səfirlik əməkdaşları Tehrandan Bakıya yola salınıb - YENİLƏNİB

  • + A
  • - A
  • 29-01-2023, 22:11

    Şəhid diplomatımızın cənazəsi, yaralılar və səfirlik əməkdaşları Tehrandan Bakıya yola salınıb - YENİLƏNİB


    Şəhid Orxan Əsgərovun cənazəsi, yaralılar və səfirlik əməkdaşları Tehrandan Bakıya yola salınıb.

    Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı şəhid olmuş Orxan Əsgərovun cənazəsi Tehrandan Bakıya yola salınıb.

    Azadmedia.az xəbər verir ki, səfirliyin təxliyə olunmuş əməkdaşları, onların ailə üzvləri, eləcə də hücum zamanı səfirliyin yaralanmış iki əməkdaşı təyyarə ilə Bakıya yola düşüb.

    23:02

    Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu zamanı şəhid olan Orxan Əsgərovun nəşinin Azərbaycana gətirilməsi üçün XİN tərəfindən müvafiq tədbirlər görülür.

    Azadmedia.az APA-ya istinadən xəbər verir ki, bu məqsədlə Azərbaycana məxsus təyyarə Tehranda hava limanında gözləyir.

    Lakin İran növbəti dəfə islami dəyərlərə hörmətsizlik göstərir. Sözügedən ölkə riyakarlıq nümayiş etdirərək şəhidimizin nəşinin verilməsini bürokratik əngəllərlə süni şəkildə ləngidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR