Ermənistanın Gümrü şəhərindəki 102-ci Rusiya hərbi bazasının qarşısında növbəti nümayiş keçirilib.
Azadmedia.az xəbər verir ki, aksiya iştirakçılarının fikrincə, Rusiya Ermənistanın üzləşdiyi problemlərin həllində qeyri-aktivdir.
Milli Demokratik Qütb təşkilatının təşkil etdiyi aksiyada 100-ə yaxın insan iştirak edib.
Qeyd edək ki, bundan əvvəl Rusiya hərbi bazasında keçirilən aksiya zamanı 100-dən çox adam saxlanılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.