AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Özümüzü bilə-bilə aldatmayaq !

  • + A
  • - A
  • 30-01-2023, 20:30

    Özümüzü bilə-bilə aldatmayaq !

    Qəzaların yaranmasında, asan yolla sürücülük vəsiqəsinin əldə olunması səbəb kimi əsla göstərilə bilməz. Avtomobil idarə etmək çətin iş deyil, nədə ki, onu öyrənmək. Yeni sürücülər əksər yol hərəkəti qaydaları, nişanları ilə əvvəlcədən tanış olmayanda, ilk dəfə rastlaşdıq da belə, onlar üçün qaydalar və nişanlar anlaşılan olur, digərlərini də zamanla öyrənmiş olurlar, onsuz da heç bir nəzəriyyə 100 %-lik öyrədə bilmir, bilməz, praktika həmişə lazımdır (təlim üçün təhlükəsiz yerlərdə keçirilən praktika ayrıdır, sürücü daimi maşın sürəcəyi yerə əvvəl-axır keçid edəcək, mükəmməl nəzəriyyəsi və təlimdə olan praktikası onu qəzadan sığortalamır).

    Daim qəzasız avtomobil idarə edən insanlar mükəmməl beyinə sahibdirlər deyə bilərik, Avropalı alimlərdə uzun müddət araşdırma aparıblar, yaxşı sürücü olmaq üçün, doğuşdan yaxşı beyinə sahib olmalıdır insan, təsdiq ediblər. Sürücülük vəsiqəsinin istər asan şərtlər altında, istərsədə çətin şərtlər altında verilməsi, qəzaların artması, yaxud azalmasına təsir edə bilməz. Əksər qəzalara səbəb yüksək sürətdir. Heç bir sürücülük vəsiqəsi verən orqan, sürücülük vəsiqəsi almaqdan ötrü yaxınlaşan vətəndaşa, gələcəkdə yüksək sürətlə avtomobil idarə etməməsi üçün istəsə belə nəsə öyrədə bilməz, bu mümkün deyil. Qəzaların yaranmasında, asan yolla sürücülük vəsiqəsinin əldə olunması səbəb kimi əsla göstərilə bilməz, sürücülük vəsiqəsinin asan verilməsi qəzaları çoxaltmaz. Qəzalarda ölümlər əksər hallarda yüksək sürətə görə baş verir. Əgər xüsusi araşdırma aparılsa, bütün qəza törədən sürücülərin sürücülük vəsiqələrində ilk dəfə vəsiqənin verilmə tarixinə nəzər edilsə, əksər sürücülərin vəsiqələrinin yeni olmadığına şahid olmaq olar. Adətən, yeni sürücülər, yeni sürücülük vəsiqəsi alan sürücülər yüksək sürətdən çəkinirlər, ölümlə nəticələnən qəzaların demək olar ki, hamısı yüksək sürətə görədir.

    Mircalal Mehdiyev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR