AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yüzdən çox hüquqşünas hakim vəzifəsinə təyin edildi

  • + A
  • - A
  • 30-01-2023, 22:09

    Yüzdən çox hüquqşünas hakim vəzifəsinə təyin edildi


    123 nəfər yeni nəsil hüquqşünaslar seçilərək hakim vəzifəsinə təyin ediliblər.

    Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, eyni zamanda hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi olaraq ötən dövrdə yüksək bilik və bacarığı, peşəkarlığı və mənəvi saflığı ilə fərqlənən 100-dən çox hakim yuxarı məhkəmə instansiyalarına irəli çəkilib, fəaliyyətində nöqsanlara yol verən hakimlər məhkəmələrdən kənarlaşdırılıb. Həmçinin bütün apellyasiya məhkəmələrinin sədrləri, ali və apellyasiya məhkəmələrinin kollegiya sədrləri yenilənib.

    Kadr islahatlarında növbəti mühüm mərhələ olan Azərbaycan Prezidenti tərəfindən ötən ilin sonunda apellyasiya və birinci instansiya məhkəmələrinin hakimləri ilə bağlı aparılmış təyinatlar fəaliyyətin səmərəliliyinin və keyfiyyətinin artırılmasına xidmət edib.

    Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov yeni təyin edilmiş 50 nəfər məhkəmə sədri ilə görüşüb.

    Hibrid formatda keçirilən görüşdə apellyasiya məhkəmələrinin sədrləri, Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurası aparatının aidiyyəti məsul işçiləri iştirak ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR