AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ bu qalmaqaldan sarsılır.. Bayden üçün sonun başlanğıcı! - SON DƏQİQƏ

  • + A
  • - A
  • 31-01-2023, 02:12

    ABŞ bu qalmaqaldan sarsılır.. Bayden üçün sonun başlanğıcı! -



    ABŞ prezidenti Co Bayden bugünlərdə ofisindən çıxan gizli sənədlərlə problem yaşayır. Qısa müddətdə ölkədə zəlzələ effekti verən qalmaqalda sular durulmaq bilmir, belə ki, Bayden üçün flaş iddialar ortaya atıldı.

    Azadmedia.az
    xarici KİV-ə istinadən məlumat verir ki, ABŞ-da gündəm prezident Co Baydendir. Kobud səhvləri ilə məşhur olan ABŞ prezidenti Co Bayden həftələrdir məxfi sənədlərlə problem yaşayır. Tənqid hədəfi olan Baydenin vitse-prezidentliyindən qalan yeni bir sıra gizli sənədlərin aşkarlanmasının əks-sədaları davam edərkən, ABŞ-dan gündəmə bomba kimi düşən iddia gəldi.

    90-cı illərin ən böyük qalmaqalı olaraq görülən “Monica Lewinsky qalmaqalı”nın memarı Bill Cilintonun keçmiş məsləhətçisi sənəd qalmaqalının Bayden üçün sonun başlanğıcı olduğunu söylədi. Dik Morris “Bu, Bayden üçün hər şeyin sonu olacaq” deyərək sənədlər arasında Baydenin oğlunun rüşvət qalmaqalına dair dəlillərin ola biləcəyini vurğuladı.

    Baydenin öz komandası tərəfindən aparılan axtarış nəticəsində kitabxanada tapıldığı deyilən 6 səhifəlik sənəd dərhal milli arxivə qaytarılıb. Bu üçüncü kəşfdəki sənədlər də Baydenin vitse-prezidentliyinə aiddir.

    Prezidentin xüsusi müşaviri Riçard Sauber qeyd edib ki, sənədlər tapılan kimi Baydenin şəxsi vəkilləri Ağ Ev və milli arxivlərlə məşğul olan dövlət qurumları ilə əlaqə saxlayıb.

    ƏDLİYYƏ NAZİRLİYİ BUNUNLA BAĞLI TƏDBİR GÖRÜR

    Ədliyyə Nazirliyinin sözügedən sənədləri araşdırdığı da daxil olan məlumatlar arasındadır.

    Xatırladaq ki, Bayden ötən müddətdə iqamətgahından gizli sənədlər çıxan Trampı məsuliyyətsizlikdə ittiham edib.


    Ü. Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR