Alimlər Avropanın yeraltı su ehtiyatları quruduğu üçün fəlakət astanasında olduğu barədə xəbərdarlıq ediblər.
Azadmedia.az xarici KİV-ə istinadən bildirir ki, 2018 və 2019-cu ilin yayında Mərkəzi Avropada ciddi su qıtlığı yaşanıb. O vaxtdan bəri qrunt sularının səviyyəsində əhəmiyyətli artım müşahidə olunmayıb və bu, davamlı olaraq aşağı səviyyədə qalır. Yeni bir araşdırma, şiddətli quraqlığın təbii yaşayış yerlərini zədələdiyini, kənd təsərrüfatına təsir etdiyini və böyük enerji çatışmazlığı yaratdığını ortaya qoydu. Bu uzun sürən quraqlığın təsirləri 2022-ci ilin yayında Avropada özünü daha qabarıq şəkildə göstərdi. Çayların quruması, durğun suların tədricən yoxa çıxması həm təbiətə, həm də insanlara ciddi təsir edib.
Su böhranı daha böyük ölçülərə çata bilər
Nəticədə Avropada enerji çatışmazlığı da pisləşir. Kifayət qədər soyuducu su olmadan Fransadakı atom elektrik stansiyaları kifayət qədər elektrik enerjisi istehsal etmək üçün mübarizə aparır.
Qeyd edək ki, Su elektrik stansiyaları da susuzluqdan öz funksiyalarını yerinə yetirməkdə çətinlik çəkməkdədirlər.
Susuz Avropaya hazır olun!
Ü. Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.