Fransada pensiya yaşını 62-dən 64-ə qaldıran qanun layihəsinə qarşı dövlət qulluqçuları və işçilərin etirazları davam edir.
Azadmedia.az xarici KİV-ə istinadən bildir ki, etirazların ölkədə həyatı iflic etdiyi bir vaxtda energetika işçiləri hökumətin icazəsi ilə həyata keçirilən “Robin Hud” əməliyyatlarında məktəbləri, universitetləri və aztəminatlı ailələri pulsuz qaz və işıqla təmin edirlər.
Dünənki ümummilli etirazların ikincisi əvvəlcə dinc yolla başlayıb, lakin tezliklə xaosa çevrilib, etirazçılar çevik qüvvət polisi ilə toqquşub və onlara atəşfəşanlıq ediblər.
FRANSADA HƏYAT MƏHV OLUB
Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, 4 mini paytaxt Parisdə olmaqla 11 min polisin vəzifə yerində həyata keçirdiyi etirazlar ölkədə həyatı iflic edib.
Metro xəttinin və şəhərətrafı qatarların işləmədiyi şəhərlərdə insanlar işə piyada getməli olurdular.
Uşaq bağçası və ibtidai sinif müəllimlərinin dəstəyi ilə uşaqlar müəllimsiz qalarkən, Fransanın enerji nəhəngi TotalEnergies-in işçilərinin də üzv olduğu CGT həmkarlar ittifaqı, işçilərin yüzdə 75-dən çoxunun tətilə qatıldığını açıqladı.
Qeyd edək ki, Fransada hazırda ölkə üzrə elektrik enerjisi istehsalı 4,4 faiz azalıb.
Ülkər Piriyeva