İngiltərədə bu gün müəllimlər, dövlət qulluqçuları, dəmir yolu və avtobus işçiləri və universitet işçiləri eyni vaxtda tətil edirlər. 500 minə yaxın insan işini tərk edib.
Azadmedia.az xarici KİV-ə istinadən bildirir ki, hətda bəzi həmkarlar ittifaqları tarixlərində ilk dəfə və ya onilliklər ərzində ilk dəfə tətil etmək qərarına gəliblər.
Bir çox həmkarlar ittifaqının tətil hərəkatlarını birləşdirmək qərarı ilə son 10 ilin ən böyük və ən əhatəli tətilinin bu gün keçirildiyi bildirilir.
Ölkədə xüsusilə keçən ilin yaz aylarından bu yana on minlərlə işçi, maaş artımlarının yaşayış minimumunun gerisində qaldığı səbəbiylə tətillərə qatıldı.
İngiltərədə inflyasiya keçən il artaraq noyabr ayında yüzdə 11 ilə son 40 ilin ən yüksək səviyyəsinə çatıb.
Tətillərin ən mühüm səbəblərindən biri maaş artımı təkliflərinin bu böyük qiymət artımından geri qalmasıdır.
Maliyyə Araşdırmaları İnstitutunun məlumatına görə, 2010-2022-ci illərdə müəllimlərin maaşları real ifadədə orta hesabla 11 faiz azalıb.
Həmkarlar bu nisbətin əslində yüzdə 23 olduğunu bildirirlər.
Avropa etiraz aksiyaları ilə çalxalanır..
Ü. Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.