İranda bir sıra bələdiyyə rəhbərləri və Kamalşəhr Kərəc şəhər şurasının bəzi üzvləri həbs edilib.
AzadMedia.az İran KİV-lərinə istinadən xəbər verir ki, rüşvətxorluqla bağlı əməliyyatı Əlborz Əyalətinin İmam Həsən Müctəbi Kəşfiyyat Təşkilatı həyata keçirib.
"Bir sıra bələdiyyə rəhbərləri və Kamalşəhr Kərəc şəhər şurasının bəzi üzvləri ədliyyə orqanının qərarı ilə rüşvətxorluq ittihamı ilə həbs edilib.
İstintaq hələ də davam edir", - məlumatda deyilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.