AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-lı 27 senatordan Türkiyəyə qarşı Sanksiya çağırışı gəldi! - SON DƏQİQƏ

  • + A
  • - A
  • 3-02-2023, 12:05

    ABŞ-lı 27 senatordan Türkiyəyə qarşı Sanksiya çağırışı gəldi! -

    İfrat sağçı siyasətçi Rasmus Paludan tərəfindən Quran təxribatı Türkiyə ilə İsveç arasında NATO-ya üzvlük danışıqlarında böhrana səbəb olub.


    Azadmedia.az xarici KİV-ə istinadən bildirir ki, üzvlüyündən imtina etməyən İsveçin imdadına ABŞ yetişib, 27 senatorun prezident Co Baydenə məktub yazaraq, İsveç və Finlandiyanın NATO üzvlüyü təsdiqlənənə qədər Türkiyəyə F-16 satmamasını tələb etdiyi öyrənilib.

    İfrat sağçı siyasətçi Rasmus Paludanın Türkiyə səfirliyi qarşısında Quranın yandırılmasına icazə verilməsinin əks-sədası davam edir.

    Ancaq Türkiyənin NATO-ya üzvlük qapısını aşındıran İsveçdəki qalmaqala Türkiyənin reaksiyası sərt olub.


    Senatorlardan Baydenə qalmaqallı MƏKTUB

    Prezident Ərdoğanın NATO-ya qapını rəsmən bağladığı İsveçin köməyinə ABŞ senatorları gəlib. Senatorlar Baydenə az qala şantaj kimi bir plan təqdim etdilər. CNN İnternational-ın xəbərinə görə, 27 ABŞ senatoru prezident Co Baydenə məktub göndərərək, İsveç və Finlandiyadan NATO-ya üzvlük təsdiqlənənə qədər Türkiyəyə F-16-ları satmamağı tələb ediblər.

    “TÜRKİYƏNİN TƏSDİQ ETMƏMƏSİ NATO-NUN BİRLİYİNƏ TƏHLÜKƏ YARADIR”

    İsveç və Finlandiyanın üçlü razılaşmanın şərtlərini yerinə yetirdiyini müdafiə edən senatorlar Ukrayna müharibəsinin davam etdiyi kritik bir zamanda Türkiyənin bəyənməməsinin NATO-nun birliyini təhdid etdiyini iddia ediblər. Sözügedən məktubda F-16-nın satışının Türkiyənin NATO-nun təsdiqindən sonra qiymətləndiriləcəyi vurğulanıb.

    Türkiyə iki ölkənin üzvlüyünə razılıq verməsə, F-16-lar da daxil olmaqla Türkiyəyə heç bir dəstək verməmək çağırışı edilib.

    İSVEÇİN SON ÜMİDİ olan ABŞ senatorlarının Baydenə yazdığı məktub İsveç mətbuatında geniş əks-səda doğurdu. Xəbərlərdə məktubun NATO-ya üzvlük prosesində İsveçin əlini gücləndirəcəyi ilə bağlı şərhlər də edilib.

    Hətda Türkiyənin bir müddətdir bu satış üçün cəhdlər etdiyini vurğulayan Expressen, "Bayden rəhbərliyi F16 planının satışı ilə bağlı ehtiyatlı davranır" şərhini verib.

    Ü. Piriyeva



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR