AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsveç və Finlandiyadan ortaq NATO AÇIQLAMASI GƏLDİ - SON DƏQİQƏ

  • + A
  • - A
  • 2-02-2023, 23:56

    İsveç və Finlandiyadan ortaq NATO AÇIQLAMASI GƏLDİ -


    Finlandiyanın baş naziri Sanna Marin və İsveçin baş naziri Ulf Kristersson birgə mətbuat konfransında Finlandiya və İsveçin eyni zamanda NATO-ya üzv olmaqda qərarlı olduqlarını bildiriblər.

    Azadmedia.az xarici KİV-ə istinadən bildirir ki, Finlandiyanın baş naziri Sanna Marin və İsveçin baş naziri Ulf Kristersson İsveçin paytaxtı Stokholmda görüşüblər. Liderlər görüşdən sonra birgə mətbuat konfransı keçiriblər. İclasda Türkiyənin İsveçin namizədliyinə qarşı çıxmasına baxmayaraq Finlandiya və İsveçin eyni zamanda NATO-ya üzv olmaq əzmlərini davam etdirdiyi bildirilib. Finlandiyanın baş naziri Marin açıqlamasında Finlandiyanın İsveçlə üzvlük prosesini davam etdirmək istədiyini və Türkiyə ilə bağlı problemlərin iyulda Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO-nun növbəti sammitində aradan qaldırılacağına əmin olduğunu bildirib.

    "Bu gün aydın mesaj verməyimiz çox vacibdir. Finlandiya və İsveç birlikdə müraciət etdilər və bizim birlikdə iştirak etməyimiz hamının marağındadır", - deyə Marin bildirib.

    "Mən bu atmosferdən, İsveçin sinifdə problemli uşaq kimi göstərilməsindən məmnun deyiləm. Düşünmürəm ki, vəziyyət belədir. İsveç də NATO üzvü olmaq üçün bütün lazımi şəraiti təmin edir".

    İsveçin Baş naziri Kristersson isə ölkəsinin keçən il İsveç, Finlandiya və Türkiyə arasında NATO-ya üzvlüklə bağlı imzalanmış üçtərəfli memoranduma əməl etməyə davam etdiyini ifadə edərək, Marin və Finlandiyadan gələn "çox aydın mesajlar"a görə təqdir etdiyini bildirib.

    Danimarkanın ifrat sağçı Sərt İstiqamət Partiyasının lideri Rasmus Paludanın Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranı yandıraraq təxribat xarakterli hərəkətindən sonra İsveç və Türkiyə arasında gərginlik artmışdı.

    Bununla əlaqədar olaraq, hətda Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə İsveçdən əvvəl Finlandiyanın NATO üzvlüyünə razılıq verə bilər.

    Ü. Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR