“Bütün Azərbaycan xalqı və dövləti Türkiyəyə yardım etmək istəyir”.
Azadmedia.az “Qafqazinfo”- ya istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, minlərlə könüllü Türkiyəyə gəlib yardım etmək istəyir: “Bu çox çətin prosedurdur və bunu sistemli şəkildə etmək lazımdır. Bu gündən başlayaraq, azərbaycanlı könüllülər də hissə-hissə bu bölgəyə gəlməyə başlayacaq”.
Ceyhun Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, zəlzələ bölgəsinin bərpasında Azərbaycan Türkiyənin yanında olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.