AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Amerikalı seysmoloq Tobin: Türkiyədəki zəlzələlər görünməmiş hadisədir - ÖZƏL

  • + A
  • - A
  • 14-02-2023, 12:57

    Amerikalı seysmoloq Tobin: Türkiyədəki zəlzələlər görünməmiş hadisədir  - ÖZƏL



    Amerikalı seysmoloq Tobin: Türkiyədəki zəlzələlər görünməmiş hadisədir


    Azadmedia.az xəbər verir ki, Vaşinqton Universitetinin Yer Elmləri Departamentinin professoru və Sakit Okean Şimal-Qərb Seysmik Şəbəkəsinin direktoru Harold Tobin mərkəzi Kahramanmaraş olan zəlzələlərlə bağlı diqqət çəkən açıqlamalar verib.

    “24 saatdan az müddətdə iki belə böyük zəlzələ medyana gəlməsi demək olar ki, görünməmiş hadisədir. Biz seysmoloji cihazların ixtirasından bəri belə bir hadisə görməmişik”, - deyən Tobin mərkəzi Kahramanmaraş olan və 10 şəhərdə də baş verən zəlzələlərin miqyası və strukturundan bəhs edib.

    Uşaqlığının 5 ilini Osmanlı ilə bağlı araşdırmalar edən atasının doktorluq dissertasiyası müdafiə etdiyi müddətdə İstanbul və Ankarada keçirdiyini söyləyən amerikalı seysmoloq üzərində çalışdığı sahələrdən birinin də Anadolu qırılma xətti olduğunu bildirib.

    O, Türkiyənin zəlzələyə ən çox meyilli ölkələrdən biri olduğunu, mərkəzi Kahramanmaraş olan zəlzələlərin həqiqətən də çox böyük olduğuna diqqət çəkib.

    “Bunlar təkcə Türkiyədə son illərdə yaşadığımız ən böyük zəlzələ deyil, həm də dünyada son yüz il və ya daha uzun müddətdir yaşayış məntəqələrində baş verən ən böyük zəlzələdir.

    7,7 bal gücündə baş verən ilk zəlzələ illərdir məlum qırılma xəttində meydana gəlib. Bu bölgədə zəlzələlər gözlənilirdi, lakin zəlzələnin gücü proqnozlaşdırılandan da böyük olub. Tarixdə Şərqi Anadolu qırılma xəttində bu qədər böyük bir zəlzələnin baş verdiyini düşünmürəm. Bu qədər böyük zəlzələ qırılma xəttində çox böyük bir əraziyə yayıldı. Təbii ki, biz qırılma xəttində digər bölgələrə də təsir edən afterşokların şahidi oluruq, lakin 9 saat sonra 7,6 bal gücündə baş verən zəlzələ bu xəttlə bağlıdır, amma tamam başqa xətt üzrədir. Bu xətt də əvvəldən məlum idi, lakin bu qədər böyük zəlzələlər olacağı məlum deyildi. Bu iki xəttin bir araya gəlməsi təssüf ki, dəhşətli bir faciədir. Birinci zəlzələ çoxlu dağıntılara səbəb olub, ikincisi isə artıq zədələnmiş əraziləri silkələyib. Bu, axtarış-xilasetmə qrupları və ərazidəki insanlar üçün həqiqətən çətin vəziyyətdir”, - deyə Tobin qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR