Milli Məclisin inzibati binasında deputat Ülvi Quliyev vətəndaş qəbulunu keçirib.
Azadmedia.az xəbər verir ki, 14 fevral 2023-cü il tarixində 15 saylı Yasamal 1-ci seçki dairəsinin deputatı Ülvi Quliyevin vətəndaş qəbulu baş tutub.
Belə ki, görüş zamanı seçiciləri narahat edən məsələlər dinlənilib.
Nəzərinizə çatdıraq ki, qəbula gələn vətəndaşların səsləndirdikləri problemlər sırasında məşğulluq, mənzil-məişət problemləri ilə bağlı məsələlər başlıca yer alıb.
Deputat səlahiyyətlərinə aid olan problemləri nəzarətə götürüb. Həmçinin problemlərin həlli istiqamətində qanunvericilik çərçivəsində müvafiq addımlar atılıb.
Qeyd edək ki, vətəndaşların bir sıra problemlərləri ilə bağlı aidiyyatı orqanlar qarşısında məsələlərin qaldırılacağı da vurğulanıb.