Ararat Mirzoyan və Mövlud Çavuşoğlu arasında görüş Ankarada başlayıb.
Ermənistan və Türkiyə xarici işlər nazirlərinin növbədənkənar görüşündən sonra geniş tərkibdə iclas keçiriləcək, daha sonra nazirlər bəyanatlarla çıxış edəcəklər.
***12:03
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin paytaxtı Ankaraya gedib.
XİN rəhbərinin başçılıq etdiyi nümayəndə heyətinə Ermənistanla Türkiyə arasında münasibətlərin nizamlanması üzrə danışıqlarda Ermənistanın xüsusi nümayəndəsi, parlamentin vitse-prezidenti Ruben Rubinyan da daxildir.
Səfər çərçivəsində Mirzoyan və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında ikitərəfli görüş gözlənilir, bundan sonra nazirlər birgə mətbuata bəyanatla çıxış edəcəklər.
Daha sonra Ermənistanın xarici işlər naziri təbii fəlakətdən ən çox zərər çəkmiş Adıyamana gedəcək. Orada erməni xilasedicilərlə görüşəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.