İngiltərə kralı III Çarlz Türkiyədə və Suriyanın şimal-qərbində baş verən zəlzələ fəlakəti səbəbindən ölkədəki türkləri və suriyalıları ziyarət edib.
Yardımı hazırlayan türklər kral Çarlza çay təklif ediblər.
Azadmedia.az xəbər verir ki, Kral Çarlz dünən Londonun Hounslow bölgəsinə gələn yardımı hazırlayan türkləri ziyarət edib. Mövzu ilə bağlı Bukingem Sarayından verilən açıqlamada, “Əlahəzrətləri Hounslowda Türkiyədə fəlakətdən zərər çəkmiş insanlar üçün qida, ədyal və isti paltar toplayan, qablaşdıran və daşıyan könüllülərlə görüşdü. İcma mərkəzi Qərbi Londonda türk diasporu üçün mədəni və sosial tədbirlər təşkil edir, burada könüllülər indiyədək yorğan və qış geyimləri də daxil olmaqla 100-dən çox xeyriyyə paletinin toplanması prosesini əlaqələndiriblər. Mərkəzdəki könüllülər Kral Çarlza çay təklif ediblər.
Kral Çarlzın Suriya icmasının üzvlərinin toplaşa biləcəyi müvəqqəti Suriya icması çadırı olan Trafalqar meydanında Suriya Evi qurduğu bildirilir.