AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Polisini qıcıqlandıran yazılardan, danışıqlardan uzaq olmaq vicdanlı yanaşmadır

  • + A
  • - A
  • 17-02-2023, 18:41

    Azərbaycan Polisini qıcıqlandıran yazılardan, danışıqlardan uzaq olmaq vicdanlı yanaşmadır

    Sıravi vətəndaş kimi bəzən cəmiyyətdə şahidi olursan ki, bəzi insanlar Polisə müraciət edir, daha sonra nəticəni gözləməkdə səbrsizlənir 2 gün sonra, 5 gün sonra yenidən müraciət edir, daha sonra isə şaiyə yaymağa başlayır ki, müraciətimə "baxılmır". Halbuki araşdırmanın nəticəsini gözləməlidir, müxtəlif vaxtlar tələb olunur bir işi obyektiv araşdırmaq üçün, o, bunu anlamır, sadəcə, lazımi vaxtı gözləmədən, səbrsizlənərək sıx-sıx aralıqlarla 3-4 dəfə arda-arda etdiyi müraciətini əsas gətirərək, "baxılmır" deyir, şaiyələr yaymağa başlayır. Onunla oxşar əməl sahibi, oxşar düşüncəyə malik digər insanlarda onun dediklərini təsdiqləyə bilir, şaiyə bəzən "gerçək" kimi görünə bilir. Yayılan şaiyə də artıq yayılır, qarşısını almaq mümkün olmur. Polisin imicinə xələl gətirən şaiyələr yayan insanlara nəzər edəndə görürsən ki, bu insanlar qeyri-məlum səbəblərdən, qeyri-məlum dedikdə anlaşılmayan, məsələn, pulla bağlı, sual verirsən ki, niyə həmin adama pul verdin, cavab verə bilmir, sanki nəyisə gizlədir, bəzən tamahkarlığından, bəzən isə faizə pul verdiyinin şahidi olursan və.s müxtəlif, şikayətçi tərəfin özünün qeyri-qanuni əməllərinə rast gəlmək olur. Sonra da şikayətçi tərəf şaiyəsində bildirir ki, "mən şikayət etmişdim, məni günahkar bildilər", hər şikayət edən haqlı olacaq deyə bir qayda yoxdur. Ona görə Polisin işi çox çətindir, streslidir, gərgindir, çox ağırdır. Cəmiyyətin sağlam düşüncəyə malik üzvləri, ziyalıları birmənalı şəkildə onların işinə hörmətlə yanaşmalı, Polisi qıcıqlandıran yazılardan, danışıqlardan uzaq olmaq vicdanlı yanaşmadır.

    Mircalal Mehdiyev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR