İHH Humanitar Yardım Fondu 5 min 852 nəfərlik heyəti ilə zəlzələ bölgəsində..
Türkiyə QHT-lərinin zəlzələ bölgəsində yardım səfərbərliyi davam edir.
Azadmedia.az xəbər verir ki, bu çərçivədə İHH Humanitar Yardım Fondu zəlzələ bölgələrində 5 min 852 axtarış-xilasetmə işçisi və yardım könüllüləri ilə fəaliyyətlər həyata keçirir.
Zəlzələnin ilk saatlarından axtarış-xilasetmə və humanitar yardım işlərində iştirak edən İHH-nin axtarış-xilasetmə qrupları bu günə qədər ölən və yaralanan 2 min 934 nəfəri dağıntılar altından çıxarıb, yardım könüllüləri isə yüz minlərlə insana yardım çatdırıb.
Fond zəlzələ bölgəsində 1 milyon 284 min 976 nəfərə isti yemək paylayıb.
Bundan əlavə, zəlzələdən zərər çəkən bölgələrə ərzaq, çəkmə, palto, uşaq bezi, un və su kimi məhsulların olduğu 750 yük maşını göndərilib.
İHH zəlzələ qurbanlarına 143 min 317 ədəd adyal və 226 min 596 dəst paltar paylayıb.
Bundan başqa İHH 5 milyon 304 min 721 ədəd çörək, 1 milyon 348 min 249 ədəd su, 57 min 873 qutu gigiyena məhsulları, 12 min 612 ədəd uşaq qidası, 65 min 949 ədəd uşaq bezi və 322 min 624 ədəd ərzaq qutusu paylayıb.
Zəlzələdə evi dağılan ailələri Hataydakı Reyhanlı Təhsil Kampusuna yerləşdirən İHH eyni zamanda zəlzələdən zərər çəkmiş uşaqlar üçün psixososial dəstək işləri də görür.
İHH psixoloqu Şevket Kalkan zəlzələnin uşaqlar üzərində yaratdığı travmanın izlərini silmək üçün bu sahədə mütəxəssis olan psixoloqlar tərəfindən aktif fəaliyyət göstərildiyini qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.