NATO-nun baş katibi Yens Stoltenberq Çinin də Ukraynadakı müharibənin mümkün nəticələrini izlədiyini, Avropada baş verənlərin Şərqi Asiyada da baş verə biləcəyini və Qərbin Çindən çox asılı olmaması lazım olduğunu bildirib.
Azadmedia.az xarici KİV-ə istinadən bildirir ki, Stoltenberq Münhen Təhlükəsizlik Konfransındakı çıxışında, Rusiyanın Ukraynaya hücumu ilə Avropada başlayan müharibənin uzunmüddətli perspektivdə təhlükəsizlik mühitini dəyişdiyini və Çinin “Rusiyanın bunun əvəzini ödəyəcəkmi, yoxsa qarşılığında mükafatını alacaqmı” görmək üçün prosesləri yaxından izlədiyini bildirib.
“Bu gün Avropada olan şey sabah Şərqi Asiyada ola bilər”. Stoltenberq Ukraynadakı müharibə sayəsində təhlükəsizliyin regional deyil, qlobal olduğunu gördüklərini bildirib.
Stoltenberq həmçinin, bu müharibə ilə avtoritar rejimlərdən həddindən artıq asılılığın doğurduğu təhlükəni anladıqlarını və Rusiya qazının idxalının iqtisadi deyil, siyasi məsələ olduğunu ifadə edərək, sözlərinə belə davam edib:
“Avropanın Rusiya enerjisindən asılılığı bizi qırılqan edib. Ona görə də Çin və ya digər avtoritar rejimlərlə eyni səhvə yol verməməliyik. Biz idxal etdiyimiz məhsul və xammaldan çox asılı olmamalı, bizə qarşı istifadə oluna biləcək əsas texnologiyaları satmaqdan çəkinməli və kritik infrastrukturlarımızı qorumalıyıq. Təbii ki, biz Çinlə iqtisadi və ticarət əlaqələrimizi qoruyub saxlamalıyıq. Amma bizim iqtisadi maraqlarımız təhlükəsizlik maraqlarımıza mane olmamalıdır”.
Stoltenberq həmçinin vurğuladı ki, Ukraynadakı müharibədən öyrəndikləri bir dəyər dərsi Şimali Amerika və Avropanın bir yerdə olmasıdır. Transatlantik ittifaqın hər zamankindən daha əhəmiyyətli olduğunu bildirən Stoltenberq, "NATO olmadan Avropada təhlükəsizlik ola bilməz. İndi ittifaqdan kənara baxmağın deyil, ittifaqımızı gücləndirməyin və genişləndirməyin vaxtıdır" dedi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.