AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yunanıstanda Strep A bakteriyası səbəbilə ilk ölüm baş verdi - Eksklüziv

  • + A
  • - A
  • 20-02-2023, 21:46

    Yunanıstanda Strep A bakteriyası səbəbilə ilk ölüm baş verdi -


    Yunanıstanda ilk dəfə Strep A bakteriyasından bir adam öldü.

    Azadmedia.az xəbər verir ki, Yunanıstanın Milli Xalq Sağlamlığı Agentliyinin verdiyi açıqlamada, 6 yaşlı uşağın septik şok səbəbiylə öldüyü, qan analizində Strep A virusunun aşkar edildiyi bildirilib.

    Böyük Britaniya və digər Avropa ölkələrində son vaxtlar çoxlu sayda Strep A hadisəsinə rast gəlindiyi qeyd edilən açıqlamada,
    "Epidemioloji məlumatlar ölkədə ictimai sağlamlıq narahatlığını göstərmir", - məlumatda deyilir.

    Strep A bakteriyasının insanların boğazında və dərisində yerləşdiyi, tez-tez soyuqdəymə və boğaz ağrısına səbəb olduğu bildirilir.

    Bədənin bəzi yerlərində səpgilərə və dəri infeksiyalarına səbəb olan bakteriyalar bəzi hallarda ciddi fəsadlara və ölümə səbəb ola bilər.

    Xəstəliyə səbəb olan bakteriyalar asqırma, öskürmə və yaxın təmas zamanı insanlar arasında asanlıqla yayıla bilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR