NATO-nun baş katibi Stoltenberq bildirib ki, Rusiya prezidenti Vladimir Putin bu gün “daha çox müharibələrə hazırlaşdığını açıq şəkildə göstərib”.
Azadmedia.az xəbər verir ki, NATO-nun baş katibi Stoltenberq bütün bunları Ukraynanın xarici işlər naziri Dmitro Kuleba və Aİ-nin ali nümayəndəsi Xosep Borrellə keçirdiyi mətbuat konfransında danışıb.
“Putin bu gün açıq şəkildə bildirdi ki, o, daha çox müharibələrə hazırlaşır” – deyən Stoltenberq, “Biz Ukraynanı müharibədə qalib gəlmək üçün lazım olan hər şeylə təmin etməliyik”, ifadəsini işlətdi.
Rusiyanın təcavüzkar olduğunu və heç kimin Rusiyaya hücum etmədiyini vurğulayan Stoltenberq Çinin “Rusiya müharibəsinə” dəstək verməyi planlaşdırdığını bildirib.
NATO-nun baş katibi bəyan edib ki, Ukraynaya vəd edilən silahlar təcili olaraq çatdırılmalıdır. Stoltenberq Rusiyanın Yeni START sazişində iştirakını dayandırmasını da silahlara nəzarət arxitekturasının dağılması kimi qiymətləndirib və Rusiyanı qərarını yenidən nəzərdən keçirməyə çağırıb.
Ü. Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.