AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda “Gənc könüllülər arasında sosial sahibkarlıq çempionatı” layihəsinə yekun vuruldu - FOTO

  • + A
  • - A
  • 21-02-2023, 17:30

    Masallıda “Gənc könüllülər arasında sosial sahibkarlıq çempionatı” layihəsinə yekun vuruldu - FOTO


    Layihədə Masallı rayonundan 6 təşkilatın o cümlədən, Masallı rayon Gənclər və İdman İdarəsinin könüllüləri, Masallı Dövlət Regional Kollecinin könüllüləri, “ASAN Könüllüləri” Təşkilatının Masallı nümayəndəliyinin könüllüləri, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin könüllüləri, Regional İnkişafın Dəstəklənməsi İctimai Birliyinin könüllüləri, Peşə Təmayül Siniflərinin Masallı nümayəndəliyinin könüllüləri layihədə komanda şəklində iştirak edirdi.

    Layihənin əsas məqsədi Masallı rayonunda fəaliyyət götərən müəssisə və təşkilatların könüllülərindən ibarət komandaların sosial sahibkarlıq bacarıqlarını artırmaq, sahibkarlıq vərdişləri yaratmaq, təqdimat bacarıqlarını, komandada işləmə bacarıqlarını formalaşdırmaq və s. bilikləri inkişaf etdirmək idi.

    Layihənin son günündə Masallı rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Mehman Zahidli və Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə iştirak edərək gənclərə öz tövsiyələrini vermiş onlara gələcək fəaliyyətlərində uğurlar arzu etmişlər.
    Həmçinin ekspert kimi təqdimatların qiymətləndirməsində Nemət Əliyev, Famil Məmmədov, Ələkbər Şükürlü və Rəfi Qurbanzadə iştirak etmişdir.
    Bir-birindən maraqlı və fərqli təqdimat hazırlayan könüllülərin ideyaları içərisində Regional İnkişafın Dəstəklənməsi İctimai Birliyinin könüllüləri hazırladıqları ideya və təqdimat ilə günün qalibi olmuşlar.

    Qalib olan və layihədə iştirak edən hər bir gəncimizi təbrik edirik.Eyni zamanda layihədə iştirak edən bütün gənc könüllülərə isə layihə çərçivəsində sertifikat və hədiyyələr təqdim olunmuşdur.

    Region gənclərinin inkişafına töhfə vermək hər birimiz üçün önəmlidir.Dəvət etdiyi üçün Rafət Şirəliyevə rayon Gənclər və İdman İdarəsi adından təşəkkürümüzü bildirir gələcək işlərində uğurlar arzu edirik.








    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR