
İran ABŞ-da yerləşən rejim əleyhinə təşkilatın lideri olduğu iddia edilən və ölkədə "terror aktlarının təşkilində" günahlandırılan Cəmşid Şarməhdi edam cəzasına məhkum edib.
İran Ədliyyəsinə bağlı Mizan Xəbər Agentliyinin məlumatına görə, ABŞ-da yerləşən “Tonder” və “İran Krallığı Məclisi” kimi tanınan anti-rejim qrupunun lideri olduğu iddia edilən Şarməhdə həbs cəzası verilib.
Tehran İnqilab Məhkəməsi tərəfindən “terror aktlarını planlaşdırmaq və yönləndirmək yolu ilə yer üzündə fitnə-fəsad törətmək” ittihamı ilə ölüm hökmü çıxarılıb.
Sözügedən təşkilat 2008-ci il aprelin 12-də Şiraz şəhərində 14 nəfərin ölümü, 215 nəfərin yaralanması ilə nəticələnən terror aktı ilə ölkə daxilində bəzi silahlı aksiyalar və təxribat təşkil etməkdə ittiham edilib. İran Kəşfiyyat Nazirliyi ikili İran-Almaniya vətəndaşı olan və 2003-cü ildən ABŞ-da yaşadığı bilinən Şarməhdi xaricdə ələ keçirərək 2020-ci ilin iyulunda ölkəyə gətirdiyini açıqlayıb. Ailəsi Şarmahdın Birləşmiş Ərəb Əmirliklərində “oğurlandığını” bildirib.
Ü. Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.