İngiltərə kralı III Çarlz dünən İngiltərədə hərbi təlim keçən ukraynalı əsgərlərə baş çəkib.
Azadmedia.az xəbər verir ki, Böyük Britaniya ordusu və onun beynəlxalq tərəfdaşları tərəfindən təlim keçmiş Ukrayna əsgərlərinin sayının 10 mini keçdiyi vurğulanıb.
İngiltərə kralı III Çarlz İnterfleks əməliyyatı çərçivəsində dünən İngiltərənin Wiltshire hərbi bazasında təlim keçən ukraynalı əsgərlərə baş çəkib. Britaniya ordusu və onun beynəlxalq tərəfdaşları tərəfindən həyata keçirilən təlim proqramının 35 gün olduğu vurğulanıb və təlimin ümumilikdə “əsas döyüş” kurslarından ibarət olduğu bildirilib. Bildirilib ki, Ukrayna əsgərlərinin təlimində sağ qalma, müdafiə, silahdan istifadə, atıcılıq, sahədən istifadə, ilk tibbi yardım və münaqişə barədə məlumatlılıq qanunu daxildir.
Rəsmilər indiyə qədər 10 min Ukrayna əsgərinin bu təlimdən keçdiyini bildirib. Həmçinin bildirilib ki, əsgərlər İrlandiya qvardiyasının 1-ci batalyonu, Böyük Britaniyanın Qoruyucu Alayının, Yeni Zelandiya, Avstraliya, Kanada, Litva, Norveç, Danimarka, Hollandiya, İsveç və Finlandiyadan olan təlimçilər tərəfindən hazırlanıb.
Ülkər Piriyeva