AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rəsmi Kremlin sözcüsü Peskovdan Açıqlama: Bizim məqsədimiz nüvə ekvivalentini saxlamaqdır - Eksklüziv

  • + A
  • - A
  • 21-02-2023, 23:16

    Rəsmi Kremlin sözcüsü Peskovdan Açıqlama: Bizim məqsədimiz nüvə ekvivalentini saxlamaqdır -



    Kremlin sözçüsü Dmitriy Peskov bildirib ki, Rusiya “nüvə ekvivalentini saxlamaq” üçün Strateji Silahların Azaldılması üzrə Yeni Müqavilədə (START) iştirakını dayandırıb.

    Azadmedia.az xəbər verir ki, Peskov Rusiyanın dövlət tərəfindən dəstəklənən RT kanalına verdiyi açıqlamada Rusiyanın qitələrarası nüvə ballistik raket imkanlarını cilovlamağı hədəfləyən ABŞ ilə Yeni START-da iştirakını dayandırmasını qiymətləndirib.

    Rusiyanın Yeni START müqaviləsindən geri çəkilmədiyini vurğulayan Peskov nəzərə çatdırıb ki, “Rusiya prezidenti Vladimir Putin də Rusiyanın razılaşmadan çıxmadığını, əksinə onu dayandırdığını vurğuladı”.

    ABŞ və digər ölkələrin müqavilə çərçivəsində israr etdikləri nəzarət şərtlərinin qəbuledilməz olduğuna diqqət çəkən Peskov bildirib ki, “NATO-nun da getdikcə daha çox iştirak etdiyi bugünkü münaqişə şəraitində bu şərtlər mümkün deyil. Üstəlik, NATO da müqavilənin tərəfdarı olduğunu iddia etdi.

    Rusiyanın digər ölkələrin nüvə imkanlarını nəzərə almalı olduğunu ifadə edən Peskov qeyd edib ki, “Almaniya və Fransanın nüvə imkanlarını da nəzərə almalıyıq ki, bu da çox önəmlidir. Prezidentimizin və ölkəmizin əsas məqsədi bu nüvə balansının davam etdirilməsini təmin etməkdir”.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR