AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qətərdən "təbii fəlakətlərlə bağlı” beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ - Eksklüziv

  • + A
  • - A
  • 22-02-2023, 10:08


    Qətərdən "təbii fəlakətlərlə bağlı” beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ -


    Qətər İnsan Haqları Komitəsinin sədri Meryem bint Abdullah əl-Atiyye, “əsrin fəlakəti” olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələləri xatırladaraq, beynəlxalq ictimaiyyətin təbii fəlakətlərin gətirdiyi ağır xərclərə hazır olması lazım olduğunu bildirib.

    Atiyye Qətərin paytaxtı Dohada keçirilən İqlim Dəyişikliyi və İnsan Haqları Konfransında çıxış edib. Türkiyə və Suriyanı təsir edən zəlzələlərə də toxunan Atiyye qeyd edib ki, təbii fəlakətlərin ağır xərclərini ödəmək və bu fəlakətlərin qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin sürətli beynəlxalq tədbirlərə ehtiyacı var.

    Atiyye bildirib ki, konfrans insan hüquqları baxımından iqlim dəyişikliyi və ekoloji risklərlə mübarizənin daha da davam etdirilməsi üçün məlumat və təcrübə mübadiləsi üçün dəyərli fürsət təqdim edir.

    Açılış nitqi ilə çıxış edən nümayəndələr bu hüquqların təşviqi ilə bağlı problemlərin müzakirəsi, eləcə də iqlim dəyişikliyinin nəticələrinin insan hüquqlarının təsirinə məruz qalmasının qarşısının alınması üçün görülən səylərin müzakirəsi məqsədilə keçirilən bu konfransın əhəmiyyətini vurğulamışlar.

    Dohada iki gün davam edəcək konfransda Türkiyə nümayəndə heyətinə Baş Ombudsman və İslam Əməkdaşlıq Təşkilatının (İİTOB) Ombudsmanlar İttifaqının sədri Şeref Malkoç rəhbərlik edir.

    Konfransda beynəlxalq institutlar, beyin mərkəzləri, universitetlər, insan hüquqları təşkilatları və QHT-lərdən 300-dən çox ekspert və nümayəndə iştirak edir.

    Konfrans Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Ərəb Birliyi və Milli İnsan Hüquqları Təşkilatlarının Qlobal Alyansı ilə birgə təşkil olunur.


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR