Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyasının bütün üzvlərinin əmlakının yoxlanılmasına dair göstərişlər verib.
Bu barədə məlumatı Ermənistanın “Hraparak” qəzeti yayıb.
Məlumata görə, Paşinyan hüquq-mühafizə orqanlarının əməkdaşlarına partiya nümayəndələrinin, eləcə də onların qohumlarının, dostlarının və onlarla əlaqəli şəxslərin əmlakları barədə məlumatların araşdırılmasını tapşırıb: “O, bununla kimin nə qədər varlandığını öyrənmək istəyir”.
Bildirilir ki, Paşinyan sözügedən şəxsləri daimi qorxu halında saxlamaq niyyətindədir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.