Böyük Britaniyanın "Asda" və "Morrisons" supermarket şəbəkələri Şimali Afrika və İspaniyadan təzə meyvə və tərəvəzlərin tədarükü ilə bağlı problemlərə görə bəzi məhsulların satışını məhdudlaşdırıb.
Pomidor, bibər və kahı kimi məhsulların satışlarının hər müştəri üçün üç ədəd ilə məhdudlaşdırıldığını, Morrisons isə çərşənbə axşamından etibarən mağazalarında xiyar və bir neçə məhsulun satış limitinin hər müştəri üçün iki ədəd olacağını açıqladı.
Ölkənin digər böyük supermarket şəbəkələri Tesco, Sainsbury's, Lidl, Aldi, Waitrose və Marks & Spencer-da heç bir məhdudiyyət yoxdur.
Müştərilərin son günlər bəzi məhsulları tapmaqda çətinlik çəkdiyi, boş market rəflərinin fotolarının sosial mediada tez-tez paylaşıldığı bildirilir.
İrlandiyaya da təsir edən təchizat problemləri əsasən İspaniya və Şimali Afrikanı vuran daşqın, qar və dolu kimi pis hava şəraiti ilə əlaqədar yaşanır və məhsula təsir göstərir.
Qeyd edək ko, ilin bu vaxtında Britaniya ictimaiyyətinin istehlak etdiyi məhsulların əksəriyyəti bu bölgələrdən gəlir.
Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.