AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Argentina və Çili hökumətindən 300 nikaraqualı dissidentə vətəndaşlıq təklifi gəldi - Eksklüziv

  • + A
  • - A
  • 22-02-2023, 12:15

    Argentina və Çili hökumətindən 300 nikaraqualı dissidentə vətəndaşlıq təklifi gəldi -



    Argentina və Çili hökumətləri Nikaraqua prezidenti Daniel Orteqa hökuməti tərəfindən vətəndaşlıqdan məhrum edilən 300 nikaraqualı dissidentə vətəndaşlıq təklif edib.

    Milli medianın xəbərinə görə, Argentinanın xarici işlər naziri Santiaqo Kafiero Nikaraqua hökumətinin mövqeyini tənqid edərək, "Nikaraquada baş verənlərdən əziyyət çəkən hər kəsə Argentina vətəndaşlığı verməyə hazırıq" deyib.

    Xarici işlər naziri Kafiero, Argentinanın “Clarin” qəzetinə verdiyi açıqlamada vətəndaşlıq prosesinin başlanması üçün səfirliyə müraciət edilməsinin zəruri olduğunu ifadə edərək, Argentina vətəndaşlığı istənilsə, lazım olanların ediləcəyini bildirib.

    Həmçinin, Çili Xarici İşlər Nazirliyi də lazımi hüquqi vasitələrin yaradıldığını, Nikaraquadakı vəziyyətə məruz qalan dissidentlərə ölkədə məskunlaşmaq imkanı veriləcəyini qeyd edib.

    Belə ki, aralarında nikaraqualı yazıçı Gioconda Belli, jurnalist Karlos Fernando Çamorro, yazıçı Sofia Monteneqro, fəal Azahalea Solis də Nikaraqua Apellyasiya Məhkəməsi tərəfindən “satqın və qaçaq” elan edilib və bütün mal varlıqları müsadirə edilib.

    Qeyd edək ki, həmin ölkələrin milli mətbuatında yer alan xəbərlərə görə, Orteqa hökumətinin müxalif olan 300 nəfəri vətəndaşlıqdan çıxardığı iddia edilib.


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR