AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

UAEA rəsmiləri Tehrana səfər edib yoxlamalar aparıblar - İrandan açıqlama - Eksklüziv

  • + A
  • - A
  • 22-02-2023, 17:41

    UAEA rəsmiləri Tehrana səfər edib yoxlamalar aparıblar - İrandan açıqlama -


    UAEA rəsmiləri Tehrana səfər edib yoxlamalar aparıblar.

    İran bildirib ki, uranı 84 faiz saflıqda zənginləşdirdiyinə dair iddialardan sonra Beynəlxalq Atom Enerjisi Agentliyinin rəsmiləri dünəndən etibarən ölkəyə səfər edib və araşdırmalar aparır.

    Azadmedia.az bildirir ki, İran dövlət televiziyasının xəbərinə görə, İran Atom Enerjisi Agentliyinin prezidenti Məhəmməd İslami paytaxt Tehranda keçirilən Nazirlər Şurasının iclasından sonra jurnalistlərin suallarını cavablandırıb. ABŞ-ın nüvə anlaşmasından çıxmasından sonra İranın müqavilədəki öhdəliklərini dayandırdığına diqqət çəkən İslami bunun çoxtərəfli bir razılaşma olduğunu, lakin ABŞ-ın nə öhdəliklərini yerinə yetirdiyini, nə də tərəflərin əməkdaşlıq etməsinə icazə vermədiyini bildirib.

    "Biz İranın nüvə sazişindəki öhdəliklərini birtərəfli qaydada yerinə yetirməsinə yönəlmiş yüksək təzyiqli siyasi hərəkətləri qəbul etmirik. Təhlükəsizliyə nəzarət çərçivəsində agentliklə əməkdaşlığımızı davam etdiririk", - İslami bildirib.

    Beynəlxalq mətbuatda İranın 84 faiz saflıqda uranı zənginləşdirməsi ilə bağlı yayılan xəbərlərdən sonra, UAEA rəsmilərinin dünən Tehrana gəldiyini bildirən İslami, "Beynəlxalq Atom Enerjisi Agentliyinin rəsmiləri dünəndən etibarən Tehrandadırlar və yoxlamalar aparırlar, arada olan qeyri-müəyyənliklər həll olunar”. dedi.

    Bloomberg, fevralın 20-də adı açıqlanmayan iki yüksək rütbəli diplomata istinadən İranın nüvə obyektlərini təftiş edən beynəlxalq müfəttişlərin bu obyektlərdə 84 faiz saf zənginləşdirilmiş uran aşkarladığını bildirmişdi.

    UAEA-nın Twitter hesabından edilən açıqlamada İranda uranın zənginləşdirilməsi səviyyəsi ilə bağlı mətbuatda gedən xəbərlərdən onlara məlumat verildiyi və UAEA-nın direktoru Rafael Mariano Qrossinin mövzu ilə bağlı İdarə Heyətini məlumatlandıracağı bildirilmişdi.

    Qeyd edək ki, İran Atom Enerjisi Agentliyinin sözçüsü Behruz Kəmalvəndi isə xəbərin həqiqəti əks etdirmədiyini və indiyə qədər 60 faizdən çox zənginləşmədiklərini açıqlayıb.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR