AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya Federasiya Şurası Yeni START sazişinin dayandırılması barədə qərarı təsdiqlədi - Eksklüziv

  • + A
  • - A
  • 22-02-2023, 19:35

    Rusiya Federasiya Şurası Yeni START sazişinin dayandırılması barədə qərarı təsdiqlədi -


    Rusiya prezidenti Vladimir Putinin Yeni “START” razılaşmasını dayandırmaq qərarı Federasiya Şurası tərəfindən təsdiqlənib.

    Azadmedia.az Rusiya mətbuatına istinadən bildirir ki, Rusiya prezidenti Vladimir Putin dünən Federasiya Şurasının iclasındakı çıxışında ABŞ ilə imzaladıqları Strateji Silahların Azaldılması Müqaviləsini dayandırdıqlarını açıqlayıb.

    Rusiya parlamentinin aşağı palatası Dumanın səhər iclasında deputatlar qərarı təsdiqləyiblər.

    Günün ikinci yarısında Federasiya Şurasının üzvləri də Dumanın qərarı barədə toplanıblar.

    Dumanın qərarına uyğun olaraq, Yeni START razılaşmasının dayandırılması qərarı qəbul edildi. Rusiya prezidenti Vladimir Putinin önünə çıxması planlaşdırılan qərar Putinin təsdiqi ilə rəsmiləşəcək.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR