Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi “Heydər Əliyev İli” çərçivəsində “Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu” mövzusunda tədbir keçirib.
Tədbirdə Gəncə şəhər 3 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Mərkəzin kiçik elmi işçisi Dursun Əliyeva şagirdlərə Ulu Öndər Heydər Əliyevin keçdiyi zəngin həyat yolu və çoxşaxəli fəaliyyətini, 1993-2003-cü illərdə həyata keçirdiyi böyük işlər, ölkəmizin hərtərəfli sosial-iqtisadi inkişafına yol açan layihələr, ordu quruculuğu, xarici siyasət sahəsində göstərdiyi misilsiz xidmətlərini özündə əks etdirən eksponatlar haqqında məlumat verib.
Tədbirdən əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Şəhidlərin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan Mərkəzin direktor əvəzi İlknur İsgəndərova bildirib ki, Ulu öndər Heydər Əliyevin xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil etməkdədir. Millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində daim təməl prinsip və norma kimi qəbul edən Ümummilli liderimiz bugünkü müstəqil Azərbaycanın memarıdır. Ulu Öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra respublikamızın tərəqqisi üçün müxtəlif sahələrin mütəmadi inkişafı istiqamətində mühüm tədbirlər görməyə başladı. Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində müstəqillikdən sonra da dövlət quruculuğu sahəsində fundamental addımlar atıldı. Bugünkü müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir.
Mərkəzin elmi işçisi Gülər Ellazova, bələdçiləri Sevinc Bədəlova, Könül Süleymanova və 3 nömrəli tam orta məktəbin müəllimi Ceyhunə Mürsəlova çıxış edərək qeyd ediblər ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı gələcəyimizin daha parlaq, işıqlı olacağına böyük əminlik yaratdı. Çünki düşünülmüş və məqsədyönlü siyasət daim ölkəyə böyük uğurlar qazandırır, əsl söz sahibinə çevirir, müstəqil addım atmasını şərtləndirir. Ümummilli Lider “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” fikirləri ilə xalqına, dövlətinə bağlılığını ifadə etməklə yanaşı, Azərbaycanın bir dövlət olaraq dünyada tanınmasını, yeri və rolunun möhkəmlənməsini, ən əsası sabitlik diyarı, iqtisadi möcüzələr ölkəsi kimi tanıtmaq istəyini yeganə həyat amalına çevirdiyini diqqətə çatdırdı. Məhz Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamı olaraq 2003-cü ildən Azərbaycanda yeni inkişaf strategiyası həyata keçirilir. Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan güclü, qüdrətli dövlətə çevrilib. Azərbaycan bu gün dünyada böyük nüfuz, söz sahibi olan müstəqil dövlətdir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində doğma Qarabağımızın 30 illik işğalına son qoyuldu, ərazi bütövlüyümüz bərpa edildi. Qalib xalqımız hörmətli Prezidentimiz İlham Əliyevin və birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərliyi ilə daha böyük nailiyyətlətə, zəfərlərə imza atacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.