BAKI, 23 fevral — Azadmedia.az.
Rusiya-Ukrayna müharibəsi başlayandan bəri 2000-dən çox əsir dəyişdirilib.
Rusiya Müdafiə Nazirliyi bu günə qədər Kiyevdə saxlanılan ən azı 800 rus əsgərinin əsir mübadiləsi əməliyyatlarında azad edildiyini açıqlayıb. Türkiyə 22 sentyabrda məhbus mübadiləsində vasitəçi kimi mühüm rol oynayıb. Rusiya-Ukrayna müharibəsi başlayandan bəri 2000-dən çox əsir dəyişdirilib.
Zelenski Türkiyənin vasitəçiliyi ilə Rusiya ilə məhbus mübadiləsindən sonra ölkəyə ekstradisiya edilən 215 ukraynalı üçün bu məsələdə Rusiya ilə vasitəçi olan prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Türkiyə iki ölkə ilə diplomatik təşəbbüslərlə yanaşı, qlobal ərzaq böhranına səbəb olan taxıl daşınması üçün də vasitəçilik səylərini davam etdirib.
Bu çərçivədə, Birləşmiş Millətlər Təşkilatı və Türkiyənin vasitəçiliyi sayəsində 22 iyul 2022-ci ildə İstanbulda Taxıl Dəhlizi Sazişi imzalandı.
Prezident Ərdoğanın gərgin diplomatiyası sayəsində 120 günlük müddətdən sonra razılaşma noyabrın 17-də yenidən uzadılıb.
Milli Müdafiə Nazirliyindən verilən açıqlamalara görə, sözügedən razılaşma sayəsində, Ukrayna limanlarından 18 milyon tondan çox taxılın 674 gəmi ilə ehtiyacı olan ölkələrə təhlükəsiz şəkildə göndərildiyi bildirilib.
Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.