BAKI, 23 fevral — Azadmedia.az.
Rusiya-Ukrayna müharibəsinin birinci ilində Rusiya İran, Suriya və Şimali Koreya kimi ölkələri geridə qoyaraq dünyanın ən sanksiyaya məruz qalan ölkəsi oldu.
Rusiyanın Ukraynadakı müharibəsindən bir il sonra Qərb ölkələri Rusiyaya ağır iqtisadi bədəl ödətdirmək üçün çoxsaylı sanksiyalar tətbiq ediblər.
Davam edən hücumlarla zaman keçdikcə sanksiyaların əhatə dairəsi genişləndi və maliyyə, enerji, nəqliyyat, media, texnologiya, avtomobil, idman və ticarət kimi bir çox sahədə Rusiyaya qarşı sanksiyalar tətbiq edildi.
Castellum.ai qlobal sanksiyaların monitorinqi məlumat bazasının məlumatına görə, Rusiya 22 fevral 2022-ci il tarixinə 11 min 327 yeni sanksiyaya məruz qalıb.
Müharibənin əvvəlindən bu yana Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ümumi sayı 14 min 22-yə çatıb.
Rusiya bu rəqəmlə O, 4268 sanksiya ilə İranı, 2643 sanksiya ilə Suriyanı, 2133 sanksiya ilə Şimali Koreyanı geridə qoydu.
Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.