Bakı, 24 fevral - Azadmedia.az.
ABŞ administrasiyası silah satışını tənzimləyən Ümumi Silah Transferi Siyasətini yeniləyərkən, silah satışı ilə bağlı qərar verilərkən alıcı ölkənin insan hüquqları və demokratik idarəçilik normalarına nə dərəcədə uyğun olduğunun da qiymətləndiriləcəyini açıqladı.
ABŞ prezidenti Co Bayden administrasiyası 1977-ci ildən bəri hər administrasiya tərəfindən yenilənən ABŞ-ın Şərti Silahların Transferi Siyasətini yeniləyib.
Ağ Evdən siyasətin yenilənməsi ilə bağlı qurumlara göndərilən sənəddə, Silah alan ölkələrin daxili işlərinə insan hüquqları, qanunun aliliyi, demokratik idarəçilik və hesabatlılıq, habelə ABŞ-ın maraqları və beynəlxalq təhdidlər kimi bir neçə yeni şərtlər əlavə edildi.
Sənəddə qeyd olunub ki, silahların təhvil verilməsi ilə bağlı qərarlarda bu silahların hər hansı insan hüquqları pozuntusunda istifadə edilməsi riski, bu ölkənin siyasi sabitliyi, təhlükəsizlik qüvvələri üzərində effektiv mülki hakimiyyətin mövcudluğu, hökumətin müdafiə satınalmalarında qanunun aliliyi və şəffaflığa sadiqlik nəzərə alınacaq.
Əvvəlki Ümumi Silahların Transferi Siyasəti 2018-ci ildə keçmiş ABŞ prezidenti Donald Trampın dövründə qüvvəyə minib. Trampın silah satışı siyasəti ABŞ-ın hərbi və kommersiya maraqlarını üstün tuturdu.
Ü. Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.