AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zəlzələnin Kosmosdan atılan titan çubuqlar səbəbindən baş verdiyini deyənlər var - Açıqlama - Eksklüziv

  • + A
  • - A
  • 24-02-2023, 12:07


    Zəlzələnin Kosmosdan atılan titan çubuqlar səbəbindən baş verdiyini deyənlər var - Açıqlama -



    Bakı, 24 fevral - Azadmedia.az.


    Zəlzələnin Kosmosdan atılan titan çubuqlar səbəbindən baş verdiyini deyənlərdən beyin yandıran paylaşımlar var.

    Mütəxəssislərin söylədiyi elmi məlumatlar və faktlar hamını zəlzələyə inandırmayıb. Xüsusilə, Türkiyə Kosmik Agentliyinin prezidenti Serdar Hüseyn Yıldırımın “kosmosdan titan çubuqlar atmaq” nəzəriyyəsini izah etdiyi video..

    Türkiyə Kosmik Agentliyinin prezidenti Serdar Hüseyn Yıldırım çıxışında, “Döyüşçü peykləri var ki, kosmosdan dünyaya titan ərintisi 10 metrlik çubuqları istənilən hədəfə göndərə bilir! Bu çubuqlar yerin 5 kilometr dərinliyinə nüfuz edərək 7-8 bal gücündə zəlzələ yaradır. Onları aşkar etmək mümkün deyil”, - deyə o bildirib.

    Serdar Hüseyn həmçinin, “Bir neçə gündür sosial şəbəkələrdə yayılan video ilə bağlı çoxsaylı suallar var. Bu qısa video uzun müddət əvvəl strategiya institutunda verdiyim konfransdan bir parçadır. Yer orbitində yerləşdirildikdə və istifadə edildikdə kiçik bir şəhəri xəritədən silə bilən silah sistemini izah etdim. Bu silah sisteminin qırılma xətlərini işə salmaq, tektonik zəlzələlər yaratmaq kimi funksiyası yoxdur. Ona görə də məlum qırılma xəttində baş verən tektonik zəlzələ olan Maraş fəlakəti ilə heç bir əlaqəsi yoxdur. Səhv başa düşülməsini istəmirəm. Bu silahın təsiri meteorit zərbəsi ilə müqayisə edilə bilər” - deyə bildirib.

    Ü. Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR