AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BƏƏ-də AES-in üçüncü reaktoru kommersiya məqsədli istifadəyə verilib - Eksklüziv

  • + A
  • - A
  • 24-02-2023, 20:18


    BƏƏ-də AES-in üçüncü reaktoru kommersiya məqsədli istifadəyə verilib -


    Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Barakah Atom Elektrik Stansiyasında üçüncü reaktorun kommersiya fəaliyyətinə başladığını açıqlayıb.

    Mövzu ilə bağlı BƏƏ Nüvə Enerjisi Təşkilatından açıqlama verilib.

    BƏƏ-nin elektrik enerjisinə olan tələbatının 25 faizinin ödənilməsi üçün təməli 2012-ci ildə Əbu-Dabi Əmirliyində qoyulmuş Barakah Atom Elektrik Stansiyasında üçüncü reaktorun istismarı, ölkənin 2050-ci ilə qədər planlaşdırılan iqlim dəyişikliyi məqsədlərindəki "nailiyyətlərdən" biri kimi təsvir edilmişdir.

    Reaktorların sıfır karbon emissiyası prinsipi ilə işlədiyi vurğulanan açıqlamada 4 reaktordan ibarət stansiyada hələ fəaliyyət göstərməyən bir reaktorun olduğu diqqətə çatdırılıb.

    Açıqlamada üçüncü reaktorun işə salınması ilə Barakah Atom Elektrik Stansiyasında elektrik enerjisi istehsalının 4200 meqavata çatdığı qeyd edilib.

    Ümumi dəyəri 25 milyard dollar olan Barakah Nüvə Mexanizminin birinci reaktoru 2020-ci ilin avqustunda, ikinci reaktoru isə 2022-ci ilin martında fəaliyyətə başlayıb.

    2023-cü ilə qədər BƏƏ stansiyadakı digər iki reaktoru işə salmağı və ölkənin elektrik enerjisinə olan tələbatının 25 faizini buradan ödəməyi planlaşdırır.

    Ü. Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR