AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Britaniya müharibə nəticəsində didərgin düşmüş ukraynalılara 3min “Eurovision bileti” verəcək - Eksklüziv

  • + A
  • - A
  • 25-02-2023, 21:20

    Britaniya müharibə nəticəsində didərgin düşmüş ukraynalılara 3min “Eurovision bileti” verəcək -



    Britaniya müharibə nəticəsində didərgin düşmüş ukraynalılara 3 min Eurovision bileti verəcək.

    2023 Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi edəcək Böyük Britaniya Rusiya-Ukrayna müharibəsi nəticəsində didərgin düşmüş 3000 ukraynalıya Eurovision biletləri təqdim edəcək.

    Onlara bu il Liverpulda keçiriləcək mahnı müsabiqəsində iştirak etmək üçün biletlərin veriləcəyi bildirilib.

    Bundan əlavə, açıqlamada ötən il yarışmada qalib gələn, lakin müharibə səbəbindən yarışa ev sahibliyi edə bilməyən Ukrayna adına yarışma üçün 10 milyon sterlinq vəsaitin ayrılacağı qeyd edilib.

    Açıqlamada qeyd olunub ki, sözügedən fond tədbirdə Ukrayna mədəniyyətinin sərgisini təmin etmək, təhlükəsizlik və viza kimi əməliyyat xərclərini təmin etmək üçün istifadə olunacaq.

    Keçən il 66-cı dəfə təşkil edilən son Eurovision Mahnı Müsabiqəsində Ukrayna birinci, Böyük Britaniya təmsilçisi Sem Rayder isə “Space Man” mahnısı ilə ikinci olmuşdu.

    Daha sonra mahnı müsabiqəsinin Twitter hesabından edilən açıqlamada bildirilib ki, ölkədə davam edən müharibə mühitinə görə. Ukraynanı "Stefaniya" mahnısı ilə təmsil edən "Kalush Orchestra" qrupu qalib gəlsə də, Ukrayna 2023-cü ildə müsabiqəyə ev sahibliyi edə bilməyəcək.

    Açıqlamada bildirilib ki, Avropa Yayım Birliyi və Böyük Britaniyanın BBC yayım qurumu 2023-cü il müsabiqəsini Ukrayna adından təşkil etmək üçün Böyük Britaniya ilə razılaşıblar.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR