AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə Səfirliyinin müşaviri Hüseyin Altınalan Xocalı faciəsinin ildönümü ilə bağlı Azərbaycan xalqına baş sağlığı verdi - ÖZƏL

  • + A
  • - A
  • 26-02-2023, 17:40

    Türkiyə Səfirliyinin müşaviri Hüseyin Altınalan Xocalı faciəsinin ildönümü ilə bağlı Azərbaycan xalqına baş sağlığı verdi -





    BAKI, 26 fevral - Azadmedia.az.

    “Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin — qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyil. Bu əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qocadır. Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Elə Xocalı qətliamı kimi! Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə oluna bilər.”

    Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Hüseyin Altınalan Xocalı faciəsinin ildönümü ilə bağlı Azərbaycan xalqına baş sağlığı verib.



    Hüseyin Altınalan bildirib ki, “31 yıl önce soğuk bir kış gecesi Hocalı’da hunharca katledilen Azerbaycanlı kardeşlerimizi rahmetle yad ediyor, bu vahşetin acısını daima yüreğimizde hissediyoruz..🇹🇷🇦🇿“





    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR