BAKI, 26 fevral - Azadmedia.az.
”Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır.
Bəşəri cinayət olan Xocalı soyqırımının təşkilatçıları Ermənistan Respublikasının siyasi və dövlət rəhbərliyi, birbaşa icraçıları isə Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətidir.”
Anadolu Birləşdirici və Sənayeçi İş Adamları dərnəyi (ASİAD) və Genel Başqanı iş adamı Yücel Yalçınkaya, Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına baş sağlığı verib.
Genel Başkan Yalçınkaya bildirib ki, “1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsinin Xocalı şəhərinə həyata keçirdiyi hücumlarda 613 dinc azərbaycanlı, o cümlədən çoxlu sayda qadın, uşaq və qoca öldürülüb, yüzlərlə Azərbaycan vətəndaşı yaralanıb, mindən çox adam əsir götürülüb. Xocalı qırğınında itkin düşənlərin taleyi hələ də məlum deyil. Xocalı Soyqırımının 31-ci ildönümündə törədilən qətliamı lənətləyirik. Bildiririk ki, Xocalıda qətlə yetirilən azərbaycanlı qardaşlarımızın ağrıları bu gün də Türkiyənin ürəyində hiss olunur. Xocalı Soyqırımında həyatını itirən azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət diləyirik.”
Ülkər Piriyeva