AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Berkin Müdafiə Sənayesi Mühəndisliyi Başqanı Yücel Atalay Xocalı qətliamının ildönümü ilə bağlı Azərbaycan xalqına baş sağlığı verdi - ÖZƏL

  • + A
  • - A
  • 26-02-2023, 19:42

    Berkin Müdafiə Sənayesi Mühəndisliyi Başqanı Yücel Atalay Xocalı qətliamının ildönümü ilə bağlı Azərbaycan xalqına baş sağlığı verdi -

    Berkin Müdafiə Sənayesi Mühəndisliyi
    İdarə Heyətinin sədri Yücel Atalay


    BAKI, 26 fevral - Azadmedia.az.

    “Bəşər tarixinin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə XX əsrin sonlarında Xocalıda üzləşdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə Xocalı şəhərinə girdiyi və bəşəri cinayəti–Xocalı soyqırımını törətdiyi gündür. Artıq 31 il ötür, lakin heç vaxt unudulmayıb və unudulmayacaq. Xocalı soyqırımı XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələrinin oxşarıdır.”

    Berkin Müdafiə Sənayesi Mühəndisliyi İdarə Heyətinin sədri Yücel Atalay Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına baş sağlığı verib.


    “Berkin Engineering”in rəhbəri Yücel Atalay bildirib ki,

    “Xocalı qətliamı mənfur Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı qardaşlarımıza qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Türkiyə olaraq hər zaman qardaş Azərbaycanın dərdini, kədərini paylaşırıq. Xocalıda törədilmiş qətliamı kəskin pisləyir, şəhidlərimizə Allahdan rəhmət diləyir, Azərbaycan xalqına başsağlığı verirəm.🇹🇷🇦🇿”



    Ülker Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR