Bakı, 27 fevral — Azadmedia.az.
Təxminən iki il yarım, demək olar ki, dünyada həyatı dayandıran koronavirus haradan yayıldı?
ABŞ Energetika Nazirliyinin yeni kəşfiyyat hesabatında koronavirusun Çinin Vuhan şəhərindəki laboratoriyadan yayıldığı iddiası təkrarlanıb.
Koronavirusun Çində bir laboratoriyada ortaya çıxdığı iddiası hələ də gündəmdədir.
Amerikanın “Wall Street Journal” qəzeti ABŞ Energetika Nazirliyinin koronavirusla bağlı yeni kəşfiyyat hesabatı hazırladığını yazıb.
ABŞ prezidenti Co Baydenə təqdim edilən hesabat kəşfiyyat məlumatlarına və akademik qiymətləndirmələrə əsaslanır. Hesabatda virusun çox güman ki, Vuhandakı laboratoriyadan qaynaqlandığı fikri təkrarlanıb.
Lakin Virusun heyvan mənşəli olması nəzəriyyəsini rədd edərək laboratoriyadan təsadüfən sızdığı iddia edilir.
Mövzu ilə bağlı müxtəlif fikirlər var Oxşar fikir ABŞ Federal Təhqiqatlar Bürosunun hesabatında da yer alıb. Hesabatda Wuhan Virusologiya İnstitutunun virusun "ehtimal" mənbəyi olduğu bildirilib.
Milli Təhlükəsizlik müşaviri Ceyk Sullivan isə məsələ ilə bağlı ABŞ kəşfiyyat agentlikləri arasında "fərqlər" olduğunu izah etdi; lakin təfərrüatları paylaşmadı.
Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.