AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail ilk dəfə Oman-Səudiyyə Ərəbistanı hava məkanından mülki uçuş həyata keçirdi - Eksklüziv

  • + A
  • - A
  • 27-02-2023, 15:41

    İsrail ilk dəfə Oman-Səudiyyə Ərəbistanı hava məkanından mülki uçuş həyata keçirdi -



    Bakı, 27 fevral — Azadmedia.az

    İsrail Omandan Səudiyyə Ərəbistanı hava məkanından ilk mülki uçuş həyata keçirib.

    İsrail mülki aviasiya şirkəti ilk dəfə Oman - Səudiyyə Ərəbistanı hava məkanından istifadə edib. İsrail Xarici İşlər Nazirliyinin sosial mediada "İsrail ərəbcə" hesabında paylaşılan yazıda İsrailin "El Al" hava yolu şirkəti Uzaq Şərqə uçuş üçün Səudiyyə Ərəbistanı və Omanın hava məkanından istifadə etdiyi bildirilib.

    Açıqlamada ilk dəfə reallaşan bu uçuşun ötən həftə Maskat rəhbərliyinin hava məkanını İsrail mülki aviasiyasına açacağını açıqlamasından sonra mümkün olduğu qeyd edilib. Bildirilib ki, yeni marşrut Tailandın paytaxtı Banqkoka uçuşun müddətini iki saat yarım qısaldıb.

    İsrailin xarici işlər naziri Eli Koen fevralın 23-də Omanın hava məkanının açılması qərarını alqışlayaraq, "Asiyaya gedən yolu qısaldacaq, İsrail vətəndaşlarının xərclərini azaldacaq və İsrail hava yollarını daha rəqabətli edəcək addım atılıb", ifadəsini işlətmişdi.

    Səudiyyə Ərəbistanı və Omanın hava məkanını İsrail şirkətlərinə açması ilə İsraildən Asiyaya uçuşların müddətinin 2 saatdan çox qısalacağı və bilet qiymətlərinin aşağı düşəcəyi qeyd edilmişdi.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR