AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranı qarışdıran iddia baş verdi - 650 qız məktəbə getməməsi üçün qəsdən zəhərləndi - Eksklüziv

  • + A
  • - A
  • 28-02-2023, 10:15

    İranı qarışdıran iddia baş verdi - 650 qız məktəbə getməməsi üçün qəsdən zəhərləndi -



    Bakı, 28 fevral - Azadmedia.az

    Məhsa Əmininin əxlaq polisi tərəfindən öldürülməsi ilə etirazlara səhnə olan İranda ən azı 650 qız şagirdin məktəbə getməməsi üçün qəsdən zəhərləndiyi iddiası ölkəni çaş-baş salıb.

    İranın yüksək rütbəli rəsmisi qızların xüsusi olaraq hədəf alındığını təsdiqləyib.

    İranın səhiyyə nazirinin müavini Yunus Pənahi isə “Görünür, bəziləri bütün məktəblərin, xüsusən də qız məktəblərinin bağlanmasını tələb edir” deyib.

    "Zəhərdə istifadə olunan materiallar bazarda tapıla bilən məhsullardan ibarətdir" deyən Dr. Pənahi daha sonra dedi ki, onun ifadələri yanlış anlaşılıb.

    BBC-nin verdiyi xəbərə görə, mühafizəkar Qum şəhəri ən çox yoluxma hallarının müşahidə edildiyi yerdir. Amma ölkənin daha səkkiz şəhərində məktəbli qızlar zəhərlənib. İlk zəhərlənmələr 30 noyabr 2022-ci ildə Qumdakı Nur Texniki Liseyindən 18 şagirdin xəstəxanaya yerləşdirildiyi zaman müşahidə edilib. Fevralın ortalarında Qumda qubernatorluq binası qarşısında azı 100 nəfərin iştirak etdiyi etiraz aksiyası keçirilib. Bəzi valideynlər deyirlər ki, uşaqlarının sağalması həftələr çəkir.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR