Bakı, 28 fevral — Azadmedia.az
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays dünən keçirdiyi mətbuat konfransında Çinin Rusiya-Ukrayna müharibəsində özünü “vicdanlı vasitəçi” kimi təqdim etdiyini, lakin Rusiyaya diplomatik dəstəyinin davam etdiyini bildirib.
Çinin indiyə qədər Rusiyaya silah vermədiyini bildirən Prays, "Ancaq bunu etməyi düşünürlər" deyib.
Prays bəyan edib ki, Çin dünyaya Rusiya-Ukrayna müharibəsində mövqe tutmadığını, ancaq Rusiyaya diplomatik, siyasi və iqtisadi dəstək verir.
Prays bildirib ki, Sözdə və əməldə Çin dürüst vasitəçilikdən başqa hər şey edib. Çinin hələ tədarük etmədiyi, lakin nəzərdən keçirdiyimiz silahlar məsələsini bir kənara qoysaq, Çin artıq Rusiyaya əhəmiyyətli yardımlar edib.
Digər tərəfdən, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq dünən verdiyi açıqlamada, ABŞ-ın Ukrayna-Rusiya müharibəsi çərçivəsindəki hərəkətlərinin beynəlxalq hüquqda yeri olmadığını bildirmişdi.
Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.