"Günəşli və qonaqpərvər Bakıda olmaqdan məmnunam".
Bunu Rusiya xarici işlər naziri Azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib.
Rusiya XİN başçısı Bakıya səfərini təşkil etdiyinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.
Lavrov eyni zamanda dünən səfərinin birinci günü Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsinə görə Azərbaycanın dövlət başçısına təşəkkür edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.