Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin yataqxanasında yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Hadisə ilə əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğın üçmərtəbəli yataqxana binasının birinci mərtəbəsinin dəhlizində qeydə alınıb. FHN qüvvələrinin оператив müdaxiləsi nəticəsində alovun genişlənməsinin və binaya yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində dəhlizdə yığılmış geyim əşyaları 5 kvadratmetr sahədə, bir ədəd plastik pəncərə çərçivəsi və dolab yanıb. Həmçinin bir dolab və pilləkən qəfəsi 5 kvadratmetr sahədə deformasiyaya uğrayıb.
Yataqxana binası yanğından mühafizə olunub, xəsarət alan olmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.