
Bakı, 28 fevral - Azadmedia.az
Avropa İttifaqı Apple-ı öz proqram mağazası olan App Store-da musiqi tətbiqlərindəki digər satınalma variantları barədə istifadəçilərin məlumatlandırılmasına mane olmaqda ittiham edib.
Avropa Komissiyası Spotify-ın şikayəti ilə 2 il əvvəl başlayan rəqabət araşdırmasında Apple-a qarşı ittihamların əhatə dairəsinin daraldığını və şirkətə yeni ittihamların yer aldığı rəsmi etiraz bəyanatı göndərildiyini açıqlayıb.
Açıqlamada xatırladılıb ki, Komissiyanın əvvəlki ittihamında Apple-ın öz ödəniş texnologiyasını musiqi proqramı tərtibatçılarına tətbiq etməsi və alternativ abunə xidmətləri haqqında məlumat vermək imkanını məhdudlaşdırması göstərilir.
Açıqlamada, son ittihamın Apple-ın daha aşağı qiymətlərlə abunə seçimləri ilə bağlı bildiriş və üstünlük verilməsinə mane olan musiqi proqramlarına müqavilə məhdudiyyətləri qoyması ilə bağlı olduğu və Apple-ın sözügedən davranışının AB-nin rəqabət qaydalarını pozduğu ifadə edildi.
2021-ci ildə Aİ Apple-ı musiqi axını proqramlarında dominant mövqeyindən sui-istifadə etməkdə ittiham etdi.
Aİ Komissiyası Aİ ölkələrində fəaliyyət göstərən şirkətləri öz sektorlarında rəqabətə zidd vəziyyətin olub-olmadığını yoxlamaq səlahiyyətinə malikdir.
Komissiya sözügedən araşdırmalarda rəqabətə zidd vəziyyətin olub-olmamasını qiymətləndirir.
Rəqabətə zərər verən hallar aşkar edilərsə, AB Komissiyası bu vəziyyətə son qoyur və şirkətlərə yüksək cərimələr tətbiq edir.
Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.