Bakı, 28 fevral - Azadmedia.az
İtaliyada NATO-nun “Dinamik Manta 2023” təlimi başlayıb.
NATO-nun Sualtı Müdafiə Əməliyyatları təlimi keçirəcəyi "Dinamik Manta 2023" təlimi İtaliyanın Siciliya sahillərində başlayıb.
Türkiyə təlimdə TCG Barbaros və TCG Preveze ilə iştirak edir.
NATO-nun Yunanıstan, İtaliya, Türkiyə, ABŞ, Kanada, Fransa, Almaniya, İtaliya və İngiltərənin iştirakı ilə Sualtı Müdafiə Əməliyyatları təlimləri keçirəcəyi “Dinamik Manta 2023” təlimi İtaliyanın Siciliya sahillərində artıq start götürdü.
İtaliyanın ev sahibliyi ilə 27 fevral-10 mart tarixləri arasında Orta Aralıq dənizində keçiriləcək manevrdə Türkiyə, TCG Barbaros və TCG Preveze iştirak edəcək.
NATO-nun verdiyi yazılı açıqlamada, təlimin məqsədinin bütün iştirakçılarda sualtı müdafiə və yerüstü döyüş bacarıqlarında qarşılıqlı fəaliyyət qabiliyyətini və səriştəsini artırmaq olduğunu ifadə edərək, “Hər bir iştirakçı birlik müxtəlif sualtı qayıqlara qarşı döyüş əməliyyatları keçirmək imkanı əldə edəcək. Sualtı qayıqlar öz səylərini hava və yerüstü iştirakçılarla sıx əlaqələndirərək növbə ilə ovlanacaqlar.”
Ü. Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.