Bakı, 27 fevral - Azadmedia.az
Rusiyadan Vikipediyaya dördüncü cərimə gəldi.
Rusiyanın paytaxtı Moskvada məhkəmə, Wikipedia-nı yalan məlumatı silmədiyinə görə 4 dəfə əlavə 2 milyon rubl cərimələyib. Rusiyanın paytaxtı Moskvanın
Taqanski Rayon Məhkəməsində Vikipediya ilə bağlı yeni qərar qəbul edilib.
Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra keçən yanvar ayında, Rusiya prokurorluğu tərəfindən Rusiya əleyhinə dərc etdiyi məlumatları silmədiyi səbəbi ilə mühakimə olunması tələb edilən Vikipediya daha 2 milyon rubl cərimələnib.
Vikipediya daha əvvəl mühakimə olunduğu dinləmələrdə Rusiyanın Ukraynadakı hərbi əməliyyatları ilə bağlı yaydığı yalan məlumatı silmədiyi üçün ümumilikdə 7 milyon rubl məbləğində cərimələnmişdi.
Ü. Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.